You are using an outdated browser. Please upgrade your browser to improve your experience.
Yuxarı
Avropa İttifaqı (Aİ), böhrana tab gətirmək üçün kiçik və orta biznesə (KOB) hansı dəstəyi təklif edir?
EU4Biznes Təşəbbüsü ilə Aİ, kiçik və orta sahibkarlığı aşağıdakı 3 sahədə dəstəkləyir:
Maliyyəyə və bazarlara çıxış
Seçilmiş Azərbaycan bankları ilə tərəfdaşlıqda xüsusi kredit şərtləri, habelə müəyyən biznes sektorlarında KOB-lar üçün qrantlar.
Böhran əleyhinə biznesə dəstək xidmətləri
Qadın sahibkarların dəstəyi və onların iş bacarıqlarının inkişaf etdirilməsi.
Daha yaxşı tənzimləmə
Höküməti KOB-lara qarşı daha ardıcıl, ölkəyə KOB-ların uzunmüddətli sosial-iqtisadi inkişaf potensialını açmasına imkan verən, siyasət hazırlamasında dəstəkləyir.
Krediti necə ala bilərəm?
ASC Accessbank
Daha çox oxu
Biznesim ilə bağlı haradan məsləhət ala bilərəm?
Azexport.az, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən idarə olunan bir onlayn platformadır. Şirkətlər və fərdi sahibkarlar xarici alıcıların onları asanlıqla tapmalarını təmin etmək üçün bu platformada qeydiyyatdan keçərək məhsul və xidmətləri barədə məlumatlarını yükləyə bilərlər. Azexport ən populyar elektron ticarət platformaları ilə inteqrasiya edilib.
"ABAD" publik hüquqi şəxs müxtəlif bölgələrdə yerləşən mərkəzlər vasitəsi ilə incəsənət və kənd təsərrüfatı sahələrində çalışan ailə təsərrüfatlarına aşağıdakı xidmətlər göstərir: biznesın planlaşdırması, avadanlıq təchizatı, marketinq, təlim kursları, brendinq və dizayn, maliyyə və mühasibatlıq, hüquqi yardım. "ABAD" həmçinin məhsulların sertifikatlaşdırılması və logistika məsələləri ilə məşgul olur.
Sahibkarlar məhsullarını xaricə ixrac etməkdə və ya xarici tərəfdaşlarla işləməkdə maraqlı olduqda AZPROMO ilə əlaqə saxlaya bilərlər. Fond həm də ticarət nümayəndəlikləri təşkil edir, yerli müəssisələrə xarici sərgilərdə iştirak etməyə kömək edir və sector üzrə ixrac assosiasiyalarının fəaliyyətini idarə edir.
Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası sahibkarların fəaliyyətini könüllü əsasda əlaqələndirir, qanuni və iqtisadi maraqlarını qoruyur.
Sahibkarlar bu quruma bazar araşdırmaları, təlim və konsaltinq daxil olmaqla, bir sıra xidmətlər üçün müraciət edə bilərlər. Agentlik dövlət orqanlarının bu sahədə xidmətlərinin əlaqələndirilməsini və tənzimlənməsini həyata keçirən publik hüquqi şəxsdir və İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərir.
"Qadınlar Biznesdə" proqramı qadınlar tərəfindən rəhbərlik edilən kiçik və orta müəssisələrə maliyyənı və böyümək üçün lazım olan nou-haunu əldə etməyə kömək edir.
Dövlət Aqrar Ticarət Şirkəti fermerlərə yeni müştərilərin tapılmasında dəstək və konsaltinq xidmətləri göstərməklə, kənd təsərrüfatı məhsullarının həm daxili, həm də xarici bazarlarda satılmasını təşviq edir.
Kiçik və orta müəssisələrini dəstəkləyən hərtərəfli bir proqram, fəaliyyətini və inkişafını yaxşılaşdırmaq üçün işgüzar məsləhətlər verir.

Hökumətim nə köməklik göstərə bilər?
Azərbaycan hökuməti iqtisadi durğunluqun nəticələrinə qarşı mübarizə aparmaq məqsədi ilə tədbirlər görür və bütün müəssisələrin, xüsusən KOB-ların üzləşdikləri problemlərə cavab verir.
Dərhal maliyyə daxilolmaları
  • Koronavirusla mübarizəyə Dəstək Fondu 2020-ci il martın 19-da yaradılmış və dövlət və özəl sektorun ianələri ilə maliyyələşdirilir. Fondun məqsədi koronavirus infeksiyasının Azərbaycan Respublikasında yayılmasının qarşısını almaq və əks tədbirlərə maddi yardım göstərməkdir. Kredit şərtləri üçün veb səhifəsinə baxın.
  • Cari kredit portfeli üzrə faiz güzəştləri.
  • Yeni kreditlər üzrə güzəştlər.
  • Fərdi (mikro) sahibkarlara maliyyə dəstəyi. Kredit şərtləri üçün veb səhifəsinə baxın.
  • Sərnişin daşımalarına maliyyə dəstəyi. Kredit şərtləri üçün veb səhifəsinə baxın.
  • İşsiz vətəndaşlara (KOB olmayan) aprel və may aylarında birdəfəlik nəğd odəmələr, bir nəfər üçün 100 evro. Kredit şərtləri üçün veb səhifəsinə baxın.
Təxirə salınmış proqramlar və təşəbbüslər
  • Bəzi iqtisadi fəaliyyət sahələri üzrə vergi ödəmərin müddətinin uzadılması.
  • Kənd təsərrüfatı kreditləri qaytarılma müddətini daha1 ilə uzadılması və kredit məbləğlərinin üçqat artırılması.
  • Mövcud biznes kreditlərinin faiz dərəcələrinin 10%-nin dövlət təminatı, gələcəkdə götürülən biznes kreditlərinin faiz dərəcələrinin 7.5% -nin dövlət təminatı (faiz dərəcəsi 15%-dən çox olmamaq şərti ilə).
  • İctimai iaşə və ictimai nəqliyyat xidmətləri üçün vergi güzəştləri (50% güzəşt).
  • Daşınmaz əmlak icarəsi vergilərınə 50% güzəşt.
  • 2020 – ci il sentyabrın 1-nə qədər mikro sahibkarlar üçün 50 faizlik vergi güzəştləri və vergi tətilləri.
  • Bəzi tibbi və ərzaq məhsullarını ƏDV-dən müvəqqəti azad edilməsi.
  • İdxal olunan və koronavirus pandemiyası ilə mübarizə üçün lazım olan tibbi avadanlığını, bəzi qıda məhsullarını və üşaq qidasının ƏDV-dən müvəqqəti azad edilməsi.
  • Fermerlər karantin səbəbindən əmlaklarından istifadə edə bilmədikləri təqdirdə icarə haqqını ödəmək üçün sosial təminat ödəmələrində güzəştlər.
Digər likvidlik / təminat tədbirləri
  • İşəgötürənlərin işçiləri ixtisara salmasına və ya ödənilməyən məzuniyyətə göndərilməsinə qadağa qoyulması; İşəgötürənlər üçün dövlət kompensasiyası təklif olunur (250 manatdan 5000 manata qədər və ya 133 avrodan 2666 avroya qədər). Kredit şərtləri üçün veb səhifəsinə baxın.

Bu məlumat vebsaytlarda açıq istifadə üçün yerləşdirilən informasiyaya əsaslanır. EU4Business bunun dəqiqliyinə və imkanların daimi olmasına heç bir zəmanət vermir.

Hər hansı EU4Biznes layihəsi KOB-lərə qrant verirmi?

KOM-lar üçün qrantlar 2 proqram vasitəsilə verilir.

Balakəndəki ABAD regional mərkəzi vasitəsilə Şəki-Zaqatala İqtisadi Zonasında kiçik ailə biznesinin inkişafına dəstək.
Proqramın məqsədləri:
Kənd yerlərində müasir və dayanıqlı ailə biznesinin yaradılmasına yardım etməklə və Avropa standartlarına və təcrübəsinə uyğun bərabər imkanlar yaratmaqla Azərbaycan bölgələrinin sosial-iqtisadi inkişafına töhfə vermək.
Şəki-Zaqatala iqtisadi zonasında yüksək keyfiyyətli və rəqabətli əlavə dəyər məhsulları istehsal etmək üçün icma əsaslı ailə biznesinə dəstək vermək.
Şəki-Zaqatala iqtisadi zonasında icma əsaslı ailə biznesinin və kənd sahibkarlığının inkişafına, iqtisadi inkişafa və yeni iş yerlərinin açılmasına mane olan problemləri həll etmək.
14.11.2020 tarixinə qədər etibarlıdır, qrantlar üçün ümumi büdcə 492 000€ təşkil edir. Ətraflı oxu

Azərbaycan Mikromaliyyə Assosiasiyası İctimai Birliyinin (AMA) tərəfindən həyata keçirilən Azərbaycanın kənd bölgələrində dayanıqlı mikro sahibkarlığın inkişafının sürətləndirilməsi.
Layihənin məqsədi mikro biznesin qurulmasına və inkişafına dəstək olmaq, ona gəlir əldə etməyə və iş yerlərinin açılmasına kömək etməkdir. Xüsusilə, layihə seçilmiş kənd yerlərində kişi və qadınlara ev təsərrüfatlarının maliyyələrini idarə etməyi öyrətmək məqsədi daşıyır, onlara bacarıq öyrətmək və öz işlərinə başlamaq üçün lazım olan toxum kapitalı ilə təmin etmək üçündür.
30.06.2022 tarixinə qədər etibarlıdır, qrantlar üçün ümumi büdcə 125 497 € təşkil edir. Ətraflı oxu

Ən son xəbərlər
Dayanıqlı inkişaf toxumlarını: s p nl rin uğur hekay si Azərbaycanın şimal-qərbində kiçik sahibkarlığa dəstək
Dayanıqlı inkişaf toxumlarını: s p nl rin uğur hekay si Azərbaycanın şimal-qərbində kiçik sahibkarlığa dəstək
03/07/2020
Azərbaycanın şimal-qərbindəki ailələrin əksəriyyəti kəndlərdə və əsasən ucqar dağlıq ərazilərdə məşğulluq imkanlarının məhdud olduğu şəraitdə yaşayırlar.
Azərbaycanın KOM-ların islahatı proqramına dəstək
Azərbaycanın KOM-ların islahatı proqramına dəstək
09/01/2020
EU4Business təşəbbüsü çərçivəsində və İƏİT-nin dəstəyi ilə iqtisadiyyatı şaxələndirmək, o cümlədən kiçik və orta müəssisələrin məşğulluq, daxili istehsal və ixracata töhfəsini artırmaq məqsədilə Azərb...
Azərbaycan: Avropa məsləhəti sayəsində böhrandan xilas olub böyüyən şirkət
Azərbaycan: Avropa məsləhəti sayəsində böhrandan xilas olub böyüyən şirkət
13/09/2018
Sermar MMC - Bakıda Avropanın aparıcı şirkətlərinin istehsal etdiyi keramik plitə və aksesuarların satıldığı mağazadır.